• Bakı 15° C

    8.96 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

“Kurtlar Vadisi”nin ulduzlarının Bakıdan NADİR FOTOsu

ŞOU

04 Noyabr 2025 | 09:15

“Kurtlar Vadisi”nin ulduzlarının Bakıdan NADİR FOTOsu

Türkiyənin kult serialı “Kurtlar Vadisi”nin məşhur aktyorlarının Azərbaycanda çəkilmiş nadir fotosu sosial şəbəkələrdə yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, görüntüdə serialın unudulmaz simaları — Mehmet Karahanlı (Zafer Ergin), Süleyman Çakır (Oktay Kaynarca), Elif Eylül (Defne Samyeli) və Kılıç (Haldun Boysan) birlikdə əks olunublar.

Maraqlısı odur ki, bu foto aktyorların Azərbaycanda bir toy mərasimində iştirak etdikləri vaxt lentə alınıb. Şəkildə onların səmimi və xoş əhval-ruhiyyədə olduqları görünür.

Qeyd edək ki, “Kurtlar Vadisi”  Türkiyə televiziya tarixində iz qoymuş ən məşhur seriallardan biri sayılır. Serialın bir çox səhnələri və obrazları bu gün də tamaşaçılar arasında öz statusunu qoruyur.

Əli Hüseynov


SON XƏBƏRLƏR

03 Noyabr 2025