• Bakı 10° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

“Ərdoğana görə boşanmağımızı bir il təxirə saldıq”

ŞOU

03 Dekabr 2025 | 20:40

“Ərdoğana görə boşanmağımızı bir il təxirə saldıq”

Türkiyəli məşhur müğənni Sinan Akçıl Burcu Kıratlı ilə boşanma prosesi ilə bağlı ilk dəfə diqqətçəkən detalı açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, müğənni bu haqda “Axşam TV”dən Yasemin İlana açıqlamasında danışıb.

Akçıl bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona evliliyini bitirməzdən əvvəl bir daha düşünməyi tövsiyə edib:

“Prezidentimiz boşanmağımın türk gəncləri üçün yaxşı nümunə olmayacağını söylədi. Mənə yenidən cəhd etməyi təklif etdi”.

Akçıl görüşün Burcu Kıratlı və Əminə Ərdoğanın da iştirak etdiyi bir mühitdə keçdiyini bildirib.

Prezident Ərdoğanın məsləhəti ilə boşanma qərarını bir müddət təxirə saldıqlarını söyləyən məşhur müğənni “Prezidentimiz boşanmağımı bir il təxirə salmağa təkid etdi. Məntiqli şeylər dedi. Ona görə də yenidən cəhd etdik, alınmadı”, - deyib./Qafqazinfo


SON XƏBƏRLƏR