Türkiyəli modela-aktrisa Yasemin Ergene 14 illik həyat yoldaşı İzzet Özilhanla 4 sentyabrda rəsmən boşandıqdan sonra sosial şəbəkə fəaliyyətini reklam gəlirinə çevirib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, boşanmadan cəmi 10 gün sonra Ergene paltaryuyan maşını brendinin reklamı ilə instaqrama geri dönüb. Daha sonra o, süfrə dəsti, saç baxımı məhsulları, dəri kremi, corab və üz baxımı kimi müxtəlif kateqoriyalara aid ümumilikdə 15 markanın reklamında yer alıb.
Məlumata görə, Yasemin Ergene hər reklamdan 400 min – 800 min lirə arasında qonorar alır. Orta hesabla 600 min lirə götürüldükdə, aktrisanın 15 reklamdan təxminən 9 milyon TL qazandığı qeyd edilib.
Bakı 



