• Bakı 11° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Misir XİN: HƏMAS və İsrail arasında danışıqlar oktyabrın 6-da baş tutacaq

DÜNYA

04 Oktyabr 2025 | 23:14

Misir XİN: HƏMAS və İsrail arasında danışıqlar oktyabrın 6-da baş tutacaq

Oktyabrın 6-da Misirdə İsrail və Fələstinin HƏMAS hərəkatı arasında danışıqların yeni raundu keçiriləcək.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Oktyabrın 6-da Misirdə HƏMAS və İsrail nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar keçiriləcək. Tərəflər ABŞ Prezidenti Donald Trampın planına (Qəzza zolağında münaqişənin həlli üçün - red.) uyğun olaraq israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi üçün şərait yaradılmasını müzakirə etməyi planlaşdırır", - XİN-in Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.


SON XƏBƏRLƏR

06 Dekabr 2025