• Bakı 18° C

    3.67 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Kaxa Kaladze yenidən Tbilisinin meri seçilib

SİYASƏT

04 Oktyabr 2025 | 21:28

Kaxa Kaladze yenidən Tbilisinin meri seçilib

Hakim "Gürcü arzusu" Partiyasının nümayəndəsi Kaxa Kaladze yerli seçkilərdə 71,29% səs toplayaraq Tbilisinin meri seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Tbilisi meri seçkilərində 9 namizəd iştirak edib. Birləşmiş müxalifət partiyalarının "Lelo" və "Gürcüstan naminə" Partiyasının namizədi İrakli Kupradze 12,52% səs toplayaraq ikinci olub.

Qeyd edək ki, K.Kaladze 2017-ci ildən paytaxtın meri postunu tuturdu.


SON XƏBƏRLƏR