• Bakı 19° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Çində çikunqunya virusuna 3 mindən çox yeni YOLUXMA

DÜNYA

05 Oktyabr 2025 | 20:15

Çində çikunqunya virusuna 3 mindən çox yeni YOLUXMA

Çinli həkimlər ölkənin cənubundakı Quanqdonq əyalətində çikunqunya virusuna 3181 yeni yoluxma qeydə alıblar.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Regional Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (RCDC) məlumat yayıb.

Sentyabrın 21-dən 27-dək Quanqdonda bu virusa 3153, sentyabrın 14-dən 20-dək isə 2426 yeni yoluxma halı aşkar edilib.

Viruslar sentyabrın 28-dən oktyabrın 4-dək müəyyən edilib. Xəstəlik yalnız ağcaqanad dişləməsi zamanı ötürülür. Odur ki, bölgədə tez-tez baş verən tayfunlar qızdırmanın yayılmasına qarşı mübarizəni çətinləşdirir.

Güclü yağışlar və daimi rütubət ağcaqanadlar üçün əlverişli şərait yaradır. Hal-hazırda çikunqunya virusu üçün müalicə və ya peyvənd yoxdur. İnkubasiya dövrü adətən 3 ilə 12 gün arasında dəyişir. İnfeksiyaya yoluxmuş şəxslərdə qızdırma, titrəmə, bel və oynaqlarda ağrılar və səpgilər müşahidə olunur.


SON XƏBƏRLƏR

04 Oktyabr 2025