• Bakı 17° C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Özbəkistan AYİB-dən 1,1 milyard avro cəlb etməyi planlaşdırır

DÜNYA

04 Oktyabr 2025 | 23:40

Özbəkistan AYİB-dən 1,1 milyard avro cəlb etməyi planlaşdırır

Səfir Rəvşən Usmanov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yeni təyin olunmuş baş katibi Milica Delević ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə kun.uz portalı məlumat yayıb.

Bilidirlir ki, müzakirənin əvvəlində Özbəkistan və AYİB arasında əlaqələrin durmadan genişləndiyi vurğulanıb.

Bu il Özbəkistan davam edən layihələr üçün 1,1 milyard avro cəlb etməyi planlaşdırır, vəsaitin böyük hissəsi özəl sektorun dəstəklənməsinə yönəlib.

Danışıqlar zamanı bank Özbəkistanda özünün prioritet sahələrini qeyd edib: infrastrukturun modernləşdirilməsi, enerji səmərəliliyi proqramları, o cümlədən yaşıl enerji, qadın sahibkarlığına dəstək, kiçik və orta biznes üçün imkanların genişləndirilməsi, eləcə də özəl sektorun inkişafının gücləndirilməsi.

Görüşün yekunları üzrə hər iki tərəf əməkdaşlığın ardıcıl davam etdirilməsini və sazişlərin həyata keçirilməsində səmərəli əlaqələndirməni təmin etmək üçün müntəzəm dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.


SON XƏBƏRLƏR

04 Oktyabr 2025