• Bakı 17° C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Bakı və Gəncədə vətəndaşlar "BakuBus"ların azlığından şikayətçidirlər - VİDEO

REPORTAJ

04 Oktyabr 2025 | 23:59

Bakı və Gəncədə vətəndaşlar BakuBusların azlığından şikayətçidirlər - VİDEO

Bir müddətdir ki, "BakuBus" paytaxtla yanaşı, Gəncədə də şəhərdaxili marşrutlar üzrə sərnişinlərə xidmət göstərir.

Bakıvaxtı.az Baku Tv-yə istinadən xəbər verir ki, lakin hər iki şəhərin sakinləri eyni problemdən - "BakuBus"ların azlığından şikayətçidirlər.

"Camaat əziyyət çəkir, avtobuslar çox gec gəlir. Üstəlik, dayanacaqlarda da saxlamırlar", - deyə sakinlərdən biri narazılığını bildirib.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, gecikmə pik saatlarda sıxlıq və tıxacla, yaxud da marşrutlar üzrə avtobusların yetərli qədər olmaması ilə bağlı ola bilir: "280 avtobusun Gəncəyə verilməsi ilə bu şəhərin nəqliyyat problemi kökündən həll olunub. Bakıda isə avtobuslar yetərli sayda olmadığı üçün sözügedən problem hələ də davam edir".

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Gəncə şəhərinin marşrut şəbəkəsi yeni formalaşdırılıb: "Marşrutların uzunluğu və sərnişin tələbatına əsasən xətlər təhlil olunub və dayanacaq yerləri müəyyən edilib. Sərnişin tələbatının öyrənilməsi ilə əlaqədar hazırda monitorinqlər aparılır, yeni dayanacaq məntəqələrinin quraşdırılması davam etdirilir".

Ətraflı Baku TV-nin süjetində:


SON XƏBƏRLƏR

04 Oktyabr 2025