• Bakı 25° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Gürcüstan DTX Tbilisidə külli miqdarda silah-sursat AŞKARLADI

DÜNYA

05 Oktyabr 2025 | 20:34 | Müəllif: Subhan Mahmudov

Gürcüstan DTX Tbilisidə külli miqdarda silah-sursat AŞKARLADI

Gürcüstanda külli miqdarda odlu silah, hərbi sursatlar və detonatorlu partlayıcı maddələr aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.

Qeyd olunub ki, silah-sursat və partlayıcı maddələri Ukraynada olan hərbi hissələrdən birinin gürcü nümayəndəsinin tapşırığı ilə B.Ç. adlı Gürcüstan vətəndaşı alıb.

"Qeyd olunan silah-sursatların Tbilisidə oktyabrın 4-də zorakılıq yolu ilə diversiya aktlarının törədilməsi zamanı və Prezident sarayına hücum cəhdlərində istifadəsi planlaşdırılıb. Silah-sursatları Tbilisiyə çatdırmalı olan bir qrup şəxs zərərsizləşdirilib. Gizli saxlancda aşkarlanmış odlu silahlar, hərbi sursatlar və partlayıcı maddələr Tbilisi yaxınlığındakı meşədə gizlədilib. Həmçinin B.Ç adlı şəxsin göstərişinə əsasən detonator pultunu hazırlayan şəxs də müəyyən edilib. Həmin şəxs artıq Dövlət Təhlükəsizliyi Xİdmətinə gətirilib və onunla bağlı istintaq tədbirləri aparılır", - DTX-nin məlumatında deyilir. (APA)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026