• Bakı 14° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Tərtərdə ağır qəza - Ölən və yaralanan var

HADİSƏ

05 Oktyabr 2025 | 23:32

Tərtərdə ağır qəza - Ölən və yaralanan var

Tərtərdə yük və minik maşınları toqquşub, ölən və yaralanan var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Tərtər-Hindarx yolunun Tərtər rayonunun İlxıçılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "QAZel" markalı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik maşınının sürücüsü, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Həsənov Eltun Müşviq oğlu həyatını itirib. Yük maşının sürücüsü, Tərtər rayon sakini 1962-ci il təvəllüdlü İsbəndiyarov Qamət Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR