• Bakı 17° C

    6.01 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Sürücünün qarşısına çıxan at qəzaya səbəb oldu

HADİSƏ

04 Noyabr 2025 | 12:47

Sürücünün qarşısına çıxan at qəzaya səbəb oldu

Cəlilabadda sürücünün qarşısına çıxan at qəzaya səbəb olub.

Bakıvaxtı.az bildirir ki, hadisə köhnə Ələt-Astara magistralında baş verib. Sahədən çıxan at, Cəlilabad rayon Maşlıq kənd sakini 1978-ci il təvəllüdlü Anar Maşallah oğlu Bədəlovun idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəqliyyat vasitəsi idarəetməni itirərək Yasin Yusif oğlu Nəsirovun idarə etdiyi ağır tonajlı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində at hadisə yerində ölüb, sürücü A.Bədəlov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

07 Noyabr 2025