• Bakı 12° C

    2.99 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Tanınmış şirkətin milyon yarımlıq dələduzluq işi - Hökm oxundu

HADİSƏ

04 Dekabr 2025 | 11:29

Tanınmış şirkətin milyon yarımlıq dələduzluq işi - Hökm oxundu

Külli miqdarda dələduzluq etməkdə ittiham olunan “Zamin Əmlak Agentliyi”nin əməkdaşlarının məhkəməsi başa çatıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkətin direktoru Oqtay Zərbalıyev, eləcə də həmin agentliyin satış menecerləri - Orxan Əliyev və Natiq Şahmuradova hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onlar Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə təqsirli biliniblər.

O. Zərbalıyevə 7 il 6 ay, N.Şahmuradova 6 il, O. Əliyevə isə 5 il həbs cəzası verilib.

Bildirilib ki, məhkəmədə 33 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Onların vətəndaşlara güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər verməklə 1 490 200 manat aldığı qeyd edilib.


SON XƏBƏRLƏR

03 Dekabr 2025