• Bakı 12° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Qonşularını qətlə yetirən ata və oğula hökm oxunub

CƏMİYYƏT

04 Dekabr 2025 | 10:24

Qonşularını qətlə yetirən ata və oğula hökm oxunub

Saatlıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən ata və oğulun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Elşad Abbasov 18 il 6 ay, oğlu Elçin Abbasov isə 15 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il fevralın 5-də rayonun Şirinbəyli kəndində baş verib. Belə ki, Elşad Abbasov və oğlu Elçin Abbasov kənd ərazisindəki sahədə qonşusu Mirhəsən Seyidovu avtomobildə tamah məqsədilə məftillə boğaraq qəsdən öldürüb. Daha sonra hadisənin gizlədilməsi məqsədilə meyitin ayağına daş bağlanılıb və həmin ərazidəki su kollektoruna atılıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR

03 Dekabr 2025