• Bakı 12° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Türkiyə enerji infrastrukturu obyektlərinə hücumları qəbuledilməz hesab edir

DÜNYA

04 Dekabr 2025 | 10:13

Türkiyə enerji infrastrukturu obyektlərinə hücumları qəbuledilməz hesab edir

"Türkiyə Qara dəniz hövzəsində fasiləsiz enerji təchizatının təmin edilməsini vacib hesab edir və Ukraynadakı münaqişə tərəflərini enerji infrastrukturuna zərbələr endirilməsinin qarşısını almağa çağırır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar İstanbulda jurnalistlərlə görüşündə bildirib.

"Biz ümid edirik ki, Ukraynadakı müharibə bitəcək. Bu gün biz bütün tərəfləri, Rusiya və Ukraynanı enerji infrastrukturunun müharibəyə cəlb olunmasının qarşısını almağa çağırırıq. Çünki bu, insanların gündəlik həyatı ilə sıx bağlı olan məsələdir. Biz Qara dənizdə, boğazlarımızda və boru kəmərlərində fasiləsiz enerji axını təmin etməliyik", - Bayraktar deyib. 

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

03 Dekabr 2025