• Bakı 16° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Quterreş Trampla mübahisə etmək istəmədi

DÜNYA

03 Dekabr 2025 | 21:12 | Müəllif: Subhan Mahmudov

Quterreş Trampla mübahisə etmək istəmədi

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ Prezidenti Donald Trampla debatda iştirak etmək istəmədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o bu açıqlamanı "Reuters Next" konfransında çıxışı zamanı verib.

"Debat aparmağın yalnız bir yolu var və bu, hər iki tərəfin iştirak etdiyi zamandır. Mən ABŞ administrasiyası ilə debatda iştirak etməkdə maraqlı deyiləm. Mən BMT-nin dəyərlərini və mənim fikrimcə, beynəlxalq hüquqa hörmət edilən və böyük bərabərsizliklərin aradan qaldırıldığı daha ədalətli bir dünya qura biləcəyimiz dəyərləri qorumaqda maraqlıyam", - deyə Quterreş bildirib.

O, BMT prinsiplərindən yayınmayacağını və Təhlükəsizlik Şurasının islahatı, beynəlxalq maliyyə institutları və gender bərabərliyi uğrunda iqlim dəyişikliyinə qarşı mübarizə aparacağını vurğulayıb.

Prezident Donald Tramp əvvəllər beynəlxalq qurumda islahat aparmaq üçün ona təzyiq göstərmək məqsədilə ABŞ-ın BMT-yə töhfələrini azaltmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026