• Bakı 11° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Putin: Rusiya ABŞ-nin planının bəzi bəndləri ilə razılaşmadı

DÜNYA

04 Dekabr 2025 | 11:51

Putin: Rusiya ABŞ-nin planının bəzi bəndləri ilə razılaşmadı

"ABŞ-nin xüsusi elçisi Steven Vitkoff və milyarder Jared Kuşner ilə beş saatlıq görüş onların Ukrayna üçün gətirdikləri sülh planının mürəkkəbliyi ilə əlaqədar idi. Hər bir bənd təfərrüatı ilə müzakirə edildi və Rusiya onların hamısı ilə razılaşmadı".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "India Today"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Moskva amerikalılarla görüşə qədər yeni təşəbbüslərin heç birindən xəbərdar olmayıb: "Buna görə də biz hər bir məqamı nəzərdən keçirməli olduq, nəticədə görüş bu qədər uzun çəkdi. Deməli, bu, lazımlı söhbət idi".

Putin qeyd edib ki, konsensus əldə olunmayan məsələlər var: "Ziddiyyətli məsələlər var idi və biz onları müzakirə etdik, amma çətin işdir. Bir yerdə dedik ki, bəli, bunu müzakirə edə bilərik, amma bu barədə razılığa gələ bilmərik. Söhbətin tonu da məhz belədir". 

Əli Hüseynov


SON XƏBƏRLƏR

03 Dekabr 2025