"Ötən il ərzində Sosial Xidmətlər Agentliyinə daxil olan müraciətlər əsasında on minlərlə vətəndaş qəbul olunaraq məsələlərinin həlli istiqamətində müvafiq tədbirlər görülüb".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2025-ci il ərzində Agentliyə müxtəlif məsələlərlə bağlı daxil olan müraciətlər üzrə ümumilikdə 101 565 vətəndaş qəbul edilib. Müraciətlər dinlənilib və Agentliyin səlahiyyətləri çərçivəsində həll olunması üçün müvafiq addımlar atılıb.
Vüqar Behbudov bildirib ki, Agentliyin rəhbər şəxsləri tərəfindən isə il ərzində 9255 nəfər vətəndaş qəbul olunub. Qəbul zamanı vətəndaşların müraciətləri birbaşa dinlənilib, qaldırılan məsələlər Agentliyin səlahiyyətlərinə uyğun şəkildə həll edilib və ehtiyac olan hallarda müvafiq dəstək göstərilib.
Zeynəb Rzayeva
Bakı 




