• Bakı C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Bu şəxslər 2500 manat cərimələnəcək

CƏMİYYƏT

19 Yanvar 2026 | 11:36

Bu şəxslər 2500 manat cərimələnəcək

Azərbaycanda emal edilməmiş almazların rəy olmadan idxalı və ixracına görə cərimələr müəyyənləşir.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Gömrük və İnzibati Xətalar Məcəllələrinə, o cümlədən "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanuna dəyişiklik təklif olunur.

Layihəyə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək cərimə ediləcəklər.

Sənədə əsasən, eyni inzibati xəta üzrə vəzifəli şəxslər üçün 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər üçün isə 1500 manatdan 2500 manatadək məbləğdə cərimə müəyyən edilir.

Bundan başqa həmin qanuna təklif edilən dəyişikliklərə əsasən, Azərbaycanda emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarəti mexanizmi yaradılır.

Layihəyə əsasən, qanunvericiliyə "emal edilməmiş almazlar" anlayışı əlavə edilir. Bu, müvafiq olaraq "işlənməmiş və ya sadəcə yonulmuş, parçalanmış və ya qırılmış və xarici iqtisadi fəaliyyətin nomenklaturasının kodları mal üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan qiymətli daşlar" - şəklində təsnif edilir.

Təklif edilən dəyişikliyə əsasən, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Layihədə vurğulanıb ki, qanun qəbul edildikdən sonra "Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlenmesi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi və emal edilməmiş almazın ixracı ilə əlaqədar Kimberli Prosesinin Sertifikatlaşdırma Sxeminin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları təsdiq ediləcək.


SON XƏBƏRLƏR

18 Yanvar 2026