Parisdə 400-ə yaxın insan polis bölməsinin qarşısında aksiya keçirib.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, buna səbəb paytaxtdakı 20-ci rayon polis bölməsində polis nəzarətində olarkən vəfat edən 35 yaşlı mavritaniyalı El Hacen Diarranın xatirəsini yad etmək olub.
İştirakçılar onu yaşadığı və həbs olunduğu miqrant işçilər yataqxanasının qarşısında bir dəqiqəlik sükutla yad ediblər.
Mərhumun böyük qardaşı İbrahima Diarra bildirib ki, o, Fransaya dolanışığını təmin etmək üçün gəlibmiş.
Mərhumun qohumları bildiriblər ki, bir neçə ildir yataqxanada yaşayan El Hacen Diarra Mali və Seneqal sərhədinə yaxın Baydamdan olan Soninke qəbiləsindən olub:
“O, çox sakit, mehriban, gülərüz və təmkinli idi. Bir az tənha idi”.
“Yataqxanalarda yaşayan əcnəbilər heyvan deyillər; onlar ölkələrini öldürülmək üçün deyil, ailələrini təmin etmək üçün tərk edən işçilərdir. Biz ədaləti təmin etmək üçün dövlətə güvənirik”, - aksiya iştirakçıları bildiriblər.
Prokurorluq ölüm səbəbini araşdırır. Ailə video sübutlar təqdim edərək, onun polis zorakılığına məruz qaldığını iddia edir. Onların vəkili Yassine Bouzrou ölümlə nəticələnən qəsdən zorakılıq ittihamı ilə şikayət ərizəsi verib. Ailənin yayımladığı videoda iki polis məmurunun diz çökərək yerə yıxılmış kişiyə iki yumruq vurduğu, bir dəqiqə sonra isə həmkarlarının maşınla gəldiyi görünür. Ailə şahidlər üçün müraciət edib.
Mərhumun qardaşı Adama Assa Traore bildirib:
“Videodakı səs yazısı təhlil edilib, videoda mərhum deyir: “Məni boğursan..."
Aydın Baxış
Bakı 




