• Bakı C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Repatriasiya olunan 255 nəfərə sosial xidmət göstərilib

CƏMİYYƏT

19 Yanvar 2026 | 11:35

Repatriasiya olunan 255 nəfərə sosial xidmət göstərilib

"Xarici ölkələrdə münaqişə qurbanı olmuş və readmissiya ilə Azərbaycana qaytarılan şəxslərin reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində ardıcıl tədbirlər görülür".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Agentlik tərəfindən xarici ölkələrdə münaqişə qurbanı olmuş və Azərbaycan Respublikasının tərəfdar çıxdığı sazişlər çərçivəsində readmissiya və repatriasiya edilən şəxslər ilkin sığınacaqla təmin olunur, burada onların sosial-psixoloji reabilitasiyası və cəmiyyətə reinteqrasiyası həyata keçirilir.

Vüqar Behbudov bildirib ki, 2025-ci ildə Suriya Ərəb Respublikası, Rusiya Federasiyası və Fələstin ərazilərindən ümumilikdə 37 Azərbaycan vətəndaşı repatriasiya edilib. Həmin şəxslərin sosial-psixoloji adaptasiyası, sosial reinteqrasiyası və sosial reabilitasiyası məqsədilə müvafiq işlər aparılıb. İl ərzində isə bu kateqoriyadan olan 255 nəfərə müxtəlif sosial xidmətlər göstərilib.

Agentlik rəhbəri qeyd edib ki, ötən dövrdə 200-dən çox ailəyə səfər olunub, 600-ə yaxın şəxsə sosial xidmət göstərilib. Səfərlər zamanı ailələrin sosial problemləri və digər zəruri ehtiyacları öyrənilərək qeydiyyata alınıb və müvafiq dəstəyin göstərilməsi üçün tədbirlər görülüb. Hazırda da bu şəxslərin və onların ailə üzvlərinin zəruri sosial xidmətlərlə təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

18 Yanvar 2026