• Bakı C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

55 nəfər xilas edildi

CƏMİYYƏT

19 Yanvar 2026 | 09:47

55 nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 165 yanğına çıxış və 43 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 55 nəfər xilas edilib, 13-ü azyaşlı olmaqla 30 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilib.


SON XƏBƏRLƏR

18 Yanvar 2026