• Bakı C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Xüsusi üsulla gizlədilmiş 39 kiloqramdan artıq heroin aşkarlandı - FOTO

CƏMİYYƏT

19 Yanvar 2026 | 09:29

Xüsusi üsulla gizlədilmiş 39 kiloqramdan artıq heroin aşkarlandı - FOTO

Naxçıvanda xüsusi üsulla gizlədilmiş 39 kiloqramdan artıq heroin aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitə aşkar edərək qanunsuz dövriyyədən çıxarıb.

"Culfa" gömrük postunda ölkədən tranzit keçməklə İrandan Polşaya "plastik üzlük lövhələr" yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı nəqliyyat vasitəsindəki plastik üzlük panellərin içərisinə malların aşkarlanmasını çətinləşdirən üsullardan istifadə edilməklə yerləşdirilərək sıxışdırılmış 780 ədəd paketdə, ümumi təmiz çəkisi 39 kiloqram 315,246 qram xüsusilə külli miqdarda narkotik vasitə - heroin aşkar edilib.


SON XƏBƏRLƏR

18 Yanvar 2026