• Bakı C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Sosial xidmət alan ən yaşlı və ən gənc vətəndaş açıqlandı

CƏMİYYƏT

19 Yanvar 2026 | 11:23

Sosial xidmət alan ən yaşlı və ən gənc vətəndaş açıqlandı

"Ötən il ərzində tənha ahıllar, ahıl ər-arvadlar və əlilliyi olan şəxslər daxil olmaqla minlərlə vətəndaşa evdə (səyyar) sosial xidmət göstərilib".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Agentliyin regional filialları tərəfindən 2024-cü il ərzində 2969-u qadın, 919-u kişi olmaqla ümumilikdə 3888 nəfər vətəndaşa evdə (səyyar) sosial xidmət göstərilib. Xidmətdən yararlananların 3595 nəfəri ahıl, 293 nəfəri isə yaşı 70-dən aşağı olan şəxslər olub.

Vüqar Behbudov qeyd edib ki, hazırda bu xidmət üzrə ən yaşlı benefisiar 102 yaşlı Nina Ryabsevadır. O, artıq 37 ildir evdə (səyyar) sosial xidmətdən yararlanır.

Ən gənc benefisiar isə Sumqayıt şəhər sakini, 31 yaşlı Vəfa Rəsulovadır və o, 2024-cü ilin avqust ayından xidmətə cəlb edilib.

Agentlik rəhbəri bildirib ki, evdə səyyar sosial xidmət göstərilənlər arasında şəhid ailələrinin üzvləri də var. Belə ki, 2025-ci il ərzində 40 şəhid ailəsi üzvü bu xidmətlə təmin olunub. Həmin ailələr Sumqayıt, Ağsu, Göyçay, Ağstafa, Gədəbəy, Şirvan, Goranboy, Mingəçevir, Naftalan, Quba, Hacıqabul və digər şəhər və rayonlarda yaşayır.

Onun sözlərinə görə, sosial xidmətçilər şəhid ailələrinin üzvlərinə ev təsərrüfatı işlərində, əsas tələbat mallarının alınmasında və digər məişət məsələlərində köməklik göstəriblər. Hazırda isə 31 şəhid ailəsi üzvü evdə (səyyar) sosial xidmətlə təmin olunur.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

18 Yanvar 2026