• Bakı C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Ərdoğan Şaraa ilə Suriyadakı vəziyyəti müzakirə etdi

DÜNYA

19 Yanvar 2026 | 10:00

Ərdoğan Şaraa ilə Suriyadakı vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa arasında telefon danışığı olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran öz sosial şəbəkə hesabında məlumat yayıb. 

“Telefon danışığı zamanı ikitərəfli münasibətlər, həmçinin Suriyada baş verən son hadisələr müzakirə olunub. Prezidentimiz Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə, həmrəyliyinə, sabitliyinə və təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini qeyd edib. O, Suriya ərazisinin terrordan tam azad edilməsinin həm Suriyanın özü, həm də bütün bölgə üçün zəruri olduğunu bildirib”, - məlumatda deyilir. 

Ərdoğan həmçinin ölkəsinin Suriyaya, xüsusilə terrorla mübarizədə dəstəyini bundan sonra da gücləndirəcəyini vurğulayıb. 

Xatırladaq ki, ötən gün Əhməd əl-Şaraa ölkənin şimal-şərqində atəşkəs elan edib. O, Suriya Demokratik Qüvvələri (SDF) ilə əldə olunmuş razılaşmanın müddəalarının icrasına imkan yaratmağa çağırıb./Qafqazinfo


SON XƏBƏRLƏR

18 Yanvar 2026