Hər il yanvar ayının əvvəlində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunacaq imtahanların illik qrafiki ictimaiyyətə təqdim olunur. Hazırda yanvarın ikinci ongünlüyü başa çatmaq üzrə olsa da, hələ də 2025/2026-cı tədris ili üçün buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanmayıb.
Bakıvaxtı.az xəbər verir ki, Qafqazinfo məsələyə aydınlıq gətirmək üçün DİM-ə müraciət edib.
Qurumdan cavab olaraq bildirilib ki, 2026-cı ildə keçiriləcək imtahanların qrafiki bu ay ərzində elan olunacaq.
“Hazırda bəzi imtahanların qrafiki üzərində müzakirələr aparılır. Qrafikin yanvar ayı ərzində elan edilməsi nəzərdə tutulur”, - DİM-dən bildirilib.
Bakı 




