Bakıda iş yoldaşının qətlə yetirməkdə təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədirliyi ilə keçirilən prosesdə vəkillər çıxış edib.
Zərərçəkənin nümayəndəsi - Pünhan Fərzallının atası məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini xahiş edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Şahlar Ağayevə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Dövlət ittihamçısı Ş.Ağayevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə 2024-cü il mart ayında paytaxtın Yasamal rayonu ərazisində baş verib. 1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb. Şahlar Ağayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan olunub.
Bakı 




