• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Xankəndi ağ örpəyə büründü - FOTOLAR

CƏMİYYƏT

19 Yanvar 2026 | 09:54 | Müəllif: Qalib İbrahimoğlu

Xankəndi ağ örpəyə büründü - FOTOLAR

Yanvarın 18-i axşam saatlarından etibarən Xankəndi şəhərinə 10-15 santimetr hündürlüyündə qar yağıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən .Bakıvaxtı.az-a verilən məlumata görə, hazırda müvafiq qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında kommunal xidmət sahəsində hər hansı bir problem yoxdur. İstehlakçıların dayanıqlı qaz, elektrik enerjisi, su ilə ilə təmin olunması üçün işlər görülüb. Yağan qar şəhərdə nəqliyyatın hərəkətində də hər hansı ciddi problem yaratmayıb. Yollar qardan təmizlənib, avtomobillərin hərəkəti normal qaydada davam edir.Qurumlar sakinləri ehtiyatlı olmağa və hava şəraitinə uyğun hərəkət etməyə çağırıb.

Onu da qeyd edək ki, bu dəqiqələrdə də yağan qar Qarabağa xüsusi gözəllik qataraq, qış mənzərəsini daha da füsunkar edib. Hər tərəf ağ örpəyə bürünüb.


Xankəndi ağ örpəyə büründü - FOTOLARXankəndi ağ örpəyə büründü - FOTOLARXankəndi ağ örpəyə büründü - FOTOLARXankəndi ağ örpəyə büründü - FOTOLARXankəndi ağ örpəyə büründü - FOTOLARXankəndi ağ örpəyə büründü - FOTOLARXankəndi ağ örpəyə büründü - FOTOLARXankəndi ağ örpəyə büründü - FOTOLARXankəndi ağ örpəyə büründü - FOTOLARXankəndi ağ örpəyə büründü - FOTOLARXankəndi ağ örpəyə büründü - FOTOLARXankəndi ağ örpəyə büründü - FOTOLARXankəndi ağ örpəyə büründü - FOTOLARXankəndi ağ örpəyə büründü - FOTOLARXankəndi ağ örpəyə büründü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR