İspaniyada insan tələfatı ilə nəticələnən qatar qəzası olub.
Bakıvaxtı.az-ın “LeFigaro.fr”ə istinadən məlumatına görə, iki qatarın relsdən çıxması nəticəsində ən azı 21 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb, onlardan 30-u ağır vəziyyətdədir.
İspaniya mətbuatı Nəqliyyat Nazirliyindəki mənbələrə istinadən bildirir ki, qurbanlar arasında “Renfe” qatarının maşinisti də var. Bu, 2013-cü ildə Santyaqo de Kompostela fəlakətindən bəri İspaniyada baş verən ən ölümcül qatar qəzasıdır.
İspaniyanın "El Pais" qəzetinə danışan gənc bildirir:
"Qatardan çıxanda 1 və 2 nömrəli vaqonların dərəyə düşdüyünü gördük. Köməyə getdik və orada qolları və ayaqları sınıq, ölən insanlar var idi. Təcili yardım xidmətləri gələnə qədər hər kəsi mümkün qədər çıxardıq. Bu, çox şok vəziyyət idi, bunu heç vaxt unutmayacağam".




Aydın Baxış
Bakı 




