Paytaxtda yerləşən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində qəribə vəziyyət yaranıb.
Bakıvaxtı.az Milli.Az-a istinadən xəbər verir ki, təhsil müəssisəsinin mühafizəsini həyata keçirəcək şirkətin tender yolu ilə seçilməsi planlaşdırılsa da, artıq "Vətən-N Mühafizə Xidməti" müəssisədə fəaliyyət göstərməyə başlayıb.
Mərkəzdə daha əvvəl xidmət göstərən "Alov-Mühafizə" MMC-nin əməkdaşları bildirib ki, son iş günündən sonra vəziyyət dəyişib:
"Dekabrın 31-i bizim son iş günümüz oldu. Heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldıq. Sonradan gördük ki, yerimizə başqa şirkət gəlib və artıq mühafizə xidmətini təmin edir. Tender keçirilmədən hansı şirkətin işləyə biləcəyini anlamıram".
"Vətən-N Mühafizə Xidməti"nin direktoru isə iddiaları təkzib edib. Onun sözlərinə görə, şirkət hələ heç bir işçi qəbul etməyib və tender prosesi davam edir:
"Elm və Təhsil Nazirliyi tender elan edib. Sənədlərimizi təqdim etmişik, qalib gələcək şirkət xidmətləri həyata keçirəcək".
Bakı 




