• Bakı C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

CƏMİYYƏT

19 Yanvar 2026 | 12:39

Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində yerləşən Qurd dərəsinin bir hissəsində 89 mm-lik qaz xəttində yaranmış sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar yanvarın 19-da saat 13:00-dan etibarən sözügedən ərazidə yerləşən təqribən 1000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.


SON XƏBƏRLƏR