• Bakı 10° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Rütte: Ukraynaya dəstək NATO ölkələrinin təhlükəsizliyini təmin edəcək

DÜNYA

03 Dekabr 2025 | 20:56

Rütte: Ukraynaya dəstək NATO ölkələrinin təhlükəsizliyini təmin edəcək

NATO ölkələri Rusiyadan gələn real və daimi təhdidlərlə üzləşir, Rusiya Ukraynanın mülki obyektlərinə və infrastrukturuna hücumlarını gücləndirir, alyans üzvlərinin hava məkanını pozur, kiberhücumlar həyata keçirir və müttəfiqlərin sualtı infrastrukturunu xəritəçəkməyə almaq üçün casus gəmilər göndərir.

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Brüsseldə alyans ölkələrinin xarici işlər nazirlərinin iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Bu gün əsas diqqət müdafiəyə yatırılan sərmayələrə yönəldilib. Avropa müttəfiqləri və Kanada investisiyalarını əhəmiyyətli dərəcədə artırırlar – bu, müsbət haldır. Amma daha çox iş görməliyik", – deyə o vurğulayıb.

Baş katib əlavə edib ki, nazirlər Haaqada qəbul edilmiş öhdəliyi – hər il ÜDM-in 5 %-nin müdafiəyə cəlb olunması məsələsini müzakirə ediblər. Onun sözlərinə görə, bu, kollektiv müdafiə üçün əsas vasitələrin, o cümlədən müasir HHM sistemlərinin hazırlanmasına və alınmasına imkan verəcək.

"Biz bir daha təsdiqlədik ki, Ukraynaya dəstək bu 5 %-lik hədəfə çatmaqda nəzərə alınır, çünki bu, birbaşa olaraq öz təhlükəsizliyimizə töhfə verir", – Rütte qeyd edib./Report


SON XƏBƏRLƏR