• Bakı C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Rusiyanın Suriyadakı bazaları fəaliyyətdədir? - RƏSMİ CAVAB

DÜNYA

03 Dekabr 2025 | 16:17

Rusiyanın Suriyadakı bazaları fəaliyyətdədir? - RƏSMİ CAVAB

"Rusiyanın Suriyadakı hərbi bazaları bölgədə sabitləşdirici rol oynayaraq fəaliyyətini davam etdirir". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin RTVI-ya müsahibəsində bildirib.

O qeyd edib ki, hərbi bazalar humanitar yardım göstərmək üçün də istifadə oluna bilər.

"Mən sizə çox sadə bir reallığı söyləyəcəyəm: biz inanırıq ki, bu bazalar, o cümlədən Rusiyanın hərbi mövcudluğu Suriyada və ondan kənarda, bütövlükdə regionda vəziyyət baxımından sabitləşdirici rol oynayır", - deyə diplomat bildirib.

"Bundan başqa, biz həmişə demişik və təkrar edirik ki, onlardan başqa şeylərlə yanaşı, Suriyanın ehtiyacı olan və müxtəlif kanallarla Suriyaya göndərilən humanitar yardımın qəbulu və emalı üçün istifadə oluna bilər", - Verşinin əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

17 Yanvar 2026