• Bakı 15° C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Baş prokuror ABŞ-də rəsmi səfərdə olub - FOTO

SİYASƏT

03 Dekabr 2025 | 20:01 | Müəllif: Subhan Mahmudov

Baş prokuror ABŞ-də rəsmi səfərdə olub - FOTO

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda rəsmi səfərdə olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin "X"dəki paylaşımında qeyd olunub.

Səfər çərçivəsində ABŞ Baş Prokurorluğunun, Federal Təhqiqatlar Bürosunun, Ədliyyə Nazirliyinin və Dövlət Departamentinin yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirilib.

"Azərbaycan və ABŞ arasında qarşılıqlı maraq doğuran müxtəlif məsələlər, həmçinin əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunub", – deyə məlumatda bildirilir.


Baş prokuror ABŞ-də rəsmi səfərdə olub - FOTOBaş prokuror ABŞ-də rəsmi səfərdə olub - FOTOBaş prokuror ABŞ-də rəsmi səfərdə olub - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026