• Bakı 10° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Putin Hindistanda necə qorunacaq?

DÜNYA

03 Dekabr 2025 | 20:26

Putin Hindistanda necə qorunacaq?

Rusiya Prezidenti Vladimir Putinin səfəri üçün Yeni Dehlidə beş mərhələli təhlükəsizlik sistemi yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, Yeni Dehlidə dronlar və rabitə maneələri də daxil olmaqla, çoxqatlı təhlükəsizlik sistemi yaradılıb.

Hindistanda Rusiya liderinin keçəcəyi bütün yollarda yoxlamalar aparılacaq. Xüsusi olaraq yaradılmış idarəetmə mərkəzi dronlardan istifadə edərək 24 saat müşahidə aparacaq. Snayperlər marşrutlar boyunca növbətçilik edəcəklər.

Kanalın mənbələri bildirib ki, Putinin təyyarəsi Yeni Dehliyə enən kimi "beşqatlı təhlükəsizlik sistemi" aktivləşdiriləcək.

Rusiya Prezidenti, həmçinin Hindistan Milli Qvardiyası və Yeni Dehli polisi tərəfindən qorunacaq.

Qeyd edək ki, Vladimir Putinin Hindistana rəsmi səfəri 4-5 dekabr tarixlərinə planlaşdırılıb./Publika.az


SON XƏBƏRLƏR