• Bakı 10° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Paşinyan keçmiş liderləri rəqib hesab etmir

DÜNYA

03 Dekabr 2025 | 19:53

Paşinyan keçmiş liderləri rəqib hesab etmir

Nikol Paşinyan Ermənistanın keçmiş hakimiyyətləri barədə danışmağı dayandırmağın vacibliyi bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Paşinyan bu fikri parlamentdə hökumət saatı zamanı “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Narek Babayanın sualına cavab verərkən deyib.

“Əslində mən hesab edirəm ki, keçmiş hakimiyyətlər barədə danışmağı dayandırmaq lazımdır, çünki danışmağa heç nə qalmayıb. Biz hələ nələri deməmişik? Bizim yayımladığımız Qarabağ məsələsinə dair paket göstərir ki, ümumiyyətlə danışmağa heç nə yoxdur”, – o qeyd edib.

Paşinyanın sözlərin görə, lakin hakimiyyət mütəmadi təxribatlara məruz qalır.

“Biz gəlirik və saatlarla danışırıq: Robert Koçaryan, Serj Sarkisyan… Əgər 2021-ci ildə seçkilər olsaydı, məhz parlament müxalifəti hakimiyyətin dəyişməsi gündəmi ilə çıxış edərdi və müəyyən mənada hələ də siyasi rəqib sayıla bilərdi. Məncə, onlar artıq rəqib deyillər, çoxdan rəqib deyillər”, – Paşinyan əlavə edib.


SON XƏBƏRLƏR