• Bakı 12° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Şəmkirdəki qəzada xəsarət alanlardan XƏBƏR VAR -İkisinin vəziyyəti...

CƏMİYYƏT

04 Dekabr 2025 | 10:00

Şəmkirdəki qəzada xəsarət alanlardan XƏBƏR VAR - İkisinin vəziyyəti...

Xəbər verdiyimiz kimi, Şəmkirdə “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək su kanalına aşıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə bu gün saat 07:35 radələrində qeydə alınıb.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə,hadisə nəticəsində 12 nəfər (11-i qadın, 1-i kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnoz qoyulub.

Məlumatda qeyd edilib ki, xəsarət alanların müalicəsi tibb müəssisəsində davam etdirilir. Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

03 Dekabr 2025