• Bakı C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Şəmkirdə qəzada xəsarət alanlardan 11-i evə buraxıldı - YENİLƏNİB

HADİSƏ

04 Dekabr 2025 | 19:10

Şəmkirdə qəzada xəsarət alanlardan 11-i evə buraxıldı - YENİLƏNİB

Şəmkirin Keçili kəndində mikroavtobusun su kanalına aşması nəticəsində xəsarət alan 12 nəfərdən 11-i göstərilən lazımi tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Rayon Mərkəzi Xəstəxanasından Bakıvaxtı.az-a verilən məlumata görə, bir nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

10:05

Şəmkirdə avtomobil qəzasında xəsarət alan 12 nəfərdən ikisinin vəziyyəti ağırdır.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qurumdan bildirilib ki, xəsarət alanların 11-i qadın və biri kişidir.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Hazırda 10 nəfərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

 

***09:51

Şəmkir rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Keçili kəndi ərazisində "Mercedes" markalı mikroavtobusun su kanalına aşması nəticəsində Musayeva Aygün Rövşən qızı (1984), Hüseynova Aygül Həsən qızı(1958), Hüseynova Laləzar Göygöz qızı (1965), Məmmədova Afət Eyyub qızı (1962), Məmmədova Natella Müzəffər qızı (1966), Cəfərova Məlahət Cəfər qızı ( 1965), Səlimov Elman Rasim oğlu (1994), Musayeva Nuriyyə Köçəri qızı (1986), Musayeva Bəsti Köçəri qızı (1956), Əhmədova Gülnar Ramiz qızı (1987), Babayeva Mahirə Bayram qızı (1970) və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Şəmkir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

08:39

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək su kanalına aşıb.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilir.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    02 Mart 2026