• Bakı C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

İsmayıllıda buz bağlayan yolda avtomobil aşdı - VİDEO

HADİSƏ

03 Yanvar 2026 | 15:39

İsmayıllıda buz bağlayan yolda avtomobil aşdı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması səbəbindən “TOYOTA” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşdığı və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan vətəndaşların xilas olunması təmin edilib.


SON XƏBƏRLƏR

03 Yanvar 2026