DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Siyəzəndə bacı-qardaşın öldüyü yol qəzası barədə məlumat yayıb.
İdarədən Bakıvaxtı.az-a verilən məlumata görə, fevralın 1-də Bakı–Quba–Dağıstan sərhəd yolunun Siyəzən rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində S. Mirzəyeva və qardaşı R.Mirzəyev həyatlarını itirib:
"Bu hadisə sadəcə, yol qəzası deyil, bir ailənin taleyinə vurulmuş ağır zərbədir. Yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə səbəb olur, qaydalar insan həyatını qorumaq üçün müəyyən edilmiş normalardır. Baş DYP İdarəsi sürücülərin bir daha diqqətinə çatdırır ki, sükan arxasında tələsməyin, risk etməyin və qaydalara biganə yanaşmayın, çünki yol səhvləri bağışlanmır. Bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir".
***
13:21
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə bacı və qardaş həlak olub. Qəzada həlak olanlardan biri - Səma Mirzəyeva Bakı Dövlət Universitetinin (BDU) tələbəsi olub.
Universitetdən Bakıvaxtı.az-a verilən məlumata görə, o, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə III kursda təhsil alıb.
Qeyd edək ki, Bakı-Quba yolunun Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub. Nəticədə 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev və 2006-cı il təvəllüdlü bacısı Səma Cəmaləddin qızı Mirzəyeva hadisə yerində həyatını itirib.
Bakı 





