Ötən gecə saat 23 radələrində Xətai rayonu ərazisində yerləşən bir mənzildə bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Eldar İbrahimov üzərindəki bıçaqla tanışı 1990-cı il təvəllüdlü Babazadə Saməddin Samid oğluna zərbə vuraraq, onun sağlamlığına qəsdən ağır zərər yetirib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb və Eldar İbrahimov şübhəli şəxs qismində tutulub.
Bakı 




