• Bakı C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Sərxoş kişi polisə yalan məlumat verdi - Həbs olundu

HADİSƏ

03 Yanvar 2026 | 15:31

Sərxoş kişi polisə yalan məlumat verdi - Həbs olundu

Gəncə şəhərində polisə yalan məlumat verən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər ərazisindəki mənzillərdən birində baş verib.

Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran İsayev (ad və soyad şərtidir) yanvarın 1-i saat 3 radələrində Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurub. O, evində döyüldüyünü bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları K.İsayevin döyülmədiyini, sərxoş vəziyyətdə olduğunu aşkarlayıblar. Polis onu spirtli içki müayinəsinə dəvət edərkən Kamran bundan imtina edib və nalayiq ifadələr işlədib, səs-küy salıb.

Polis əməkdaşları onu saxlayaraq polis bölməsinə gətirib, barəsində inzibati protokol tərtib edərək məhkəməyə göndəriblər.

Gəncə Şəhər Məhkəməsinin qərarı ilə K.İsayev 8 sutka həbs edilib./Oxu.Az


SON XƏBƏRLƏR

03 Yanvar 2026