• Bakı 28° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Binəqədidə hamamda yanğın olub - VİDEO

HADİSƏ

03 Yanvar 2026 | 12:05 | Müəllif: Əli Hüseynov

Binəqədidə hamamda yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Emin Bağırov küçəsində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 320kv.m. olan hamamın saunasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən hamamın digər otaqlarına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m. olan saunanın taxta üzlüyü 50kv.m. sahədə yanıb, yüksək temperaturdan 70kv.m. sahədə taxta üzlük deformasiya edib.

    Hamamın qalan hissəsi yanğından mühafizə olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    15 Sentyabr 2026