• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Astarada yol qəzasında ölənlərin kimliyi məlum olub - YENİLƏNİB

HADİSƏ

03 Yanvar 2026 | 18:59

Astarada yol qəzasında ölənlərin kimliyi məlum olub - YENİLƏNİB

Astara rayonunun Təngərüd kəndi ərazisində baş verən ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, mikroavtobusun qəzaya uğraması nəticəsində 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva və 1961-ci il təvəllüdlü Səyyarə Həsənova vəfat edib.

Xəsarət alan digər şəxslər xəstəxanadan evə buraxılıb.

***

18:22

Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Astara rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Astara–Lənkəran marşrut xətti üzrə hərəkətdə olan "Mercedes Sprinter" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.

İlkin məlumata görə hadisə zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Qəzaya düşənlərin toy məclisinə getdikləri bildirilir. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

17:56

Astarada yol qəzası baş verib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Astara-Lənkəran xətti ilə hərəkətdə olan "Mercedes Sprinter" markalı sərnişin mikrovtobusu idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026