• Bakı C

    12.29 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.23

Gəncədə partlayışda xəsarət alanlardan birinin vəziyyəti ağırdır - YENİLƏNİB

HADİSƏ

02 Fevral 2026 | 17:59

Gəncədə partlayışda xəsarət alanlardan birinin vəziyyəti ağırdır - YENİLƏNİB

Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar fevralın 2-də saat 17:00 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bakıvaxtı.az-a verilən məlumata görə, müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib: "Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin orta ağır qiymətləndirilir".

***

17:27

Gəncədə quyu qazılan zaman qeydə alınan partlayışın bəzi təfərrüatları məlum olub.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, Məhsəti qəsəbəsində baş hadisə zamanı həmin şəxslər fərdi evlərdən birində kanalizasiya quyusu qazırlarmış.

Qazıntı işləri aparılan ərazidən qaz xətti keçib.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

***

17:03

Gəncədə quyu qazılan zaman partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı 1984-cü il təvəllüdlü Anar Zamanov, 1989- cu il təvəllüdlü Mahir Bağırov və daha bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar özəl və dövlət tibb müəssisələrinə yerləşdirilib.

Qeyd edək ki, xəsarət alan şəxslər fəhlələrdir.


SON XƏBƏRLƏR