• Bakı 12° C

    2.99 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

BMT Rusiyadan ukraynalı uşaqları geri qaytarmağı tələb edib

DÜNYA

04 Dekabr 2025 | 11:16

BMT Rusiyadan ukraynalı uşaqları geri qaytarmağı tələb edib

BMT Baş Assambleyası Rusiyadan heç bir əlavə şərt olmadan məcburi köçkün və ya qovulmuş ukraynalı uşaqların dərhal və təhlükəsiz geri qayıtmasını təmin etməyi tələb edən qətnamə qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qətnaməni Baş Assambleyada iştirak edən 91 ölkə dəstəkləyib, 12-si əleyhinə səs verib, 57-si isə bitərəf qalıb.

Əleyhinə səs verənlər arasında Belarus, Burkina Faso, Burundi, Kuba, Şimali Koreya, Eritreya, İran, Mali, Nikaraqua, Niger, Sudan və Rusiyanın özü var.

Qətnamədə Moskvadan ukraynalı uşaqların zorla köçürülməsini, onların ailələrindən ayrılmasını, vətəndaşlığın dəyişdirilməsini dərhal dayandırmağı tələb olunur.

Ukrayna tərəfi iddia edir ki, Rusiya genişmiqyaslı işğalın başlanmasından bəri ən azı 20 min ukraynalı uşağı ölkədən zorla evakuasiya edib. Kiyev iddia edir ki, onlardan yalnız 1850 nəfərini vətənə qaytara bilib.

Beynəlxalq Cinayət Məhkəməsi uşaqların Ukraynadan deportasiyası ilə bağlı Vladimir Putin və Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belovanın həbsinə order verib.

Əli Hüseynov
 


SON XƏBƏRLƏR

03 Dekabr 2025