• Bakı 16° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Putin: Rusiyanın G8-ə qayıtmaq planı yoxdur

DÜNYA

04 Dekabr 2025 | 11:26

Putin: Rusiyanın G8-ə qayıtmaq planı yoxdur

Rusiyanın yenidən Səkkizlər Qrupuna (G8, Böyük səkkizlik) qayıtmaq planları yoxdur. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “India Today” telekanalına müsahibəsində bildirib.

Rusiya lideri məsələ ilə bağlı suala “Xeyr” cavabını verib. O, 2014-cü ildə Ukrayna hadisələrindən əvvəl də G8 sammitlərində iştirakını praktiki olaraq dayandırdığını vurğulayıb.

Eyni zamanda Putin Kremldə ABŞ nümayəndələri Stiven Vitkoff və Jared Kuşnerlə görüşündə bunun müzakirə olunub-olunmaması sualına mənfi cavab verib.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026