Dekabrın 3-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 275, o cümlədən borclu şəxs qismində axtarışda olan 243 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər, dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 3-də ümumi çəkisi 8,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Həmçinin narkotiklərlə əlaqədar 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 qumbara, 3 alışdırıcı, 5 tüfəng və 93 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
Bakı 



