• Bakı 12° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Dustaqlar üçün pul yığan şəxsə hökm oxunub

CƏMİYYƏT

04 Dekabr 2025 | 09:21

Dustaqlar üçün pul yığan şəxsə hökm oxunub

Bakıda 1994-cü il təvəllüdlü Nail Əliliyə quldurluq ittihamı ilə hökm oxunub.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, istintaq materiallarına görə, Nail Əlili 28 yanvar 2024-cü ildə Sabunçu rayonunda yerləşən “Ordubad” kafesində iki nəfərə qarşı bıçaqla hədə-qorxu gələrək pul tələb edib.

İttihama əsasən, təqsirləndirilən şəxs kafedə müştəri kimi əyləşən iki nəfərin olduğu otağa daxil olaraq qapını bağlayıb və onlardan cəzaçəkmə müəssisəsinə pul göndərilməməsini irad tutub. O, istintaqa məlum olmayan bıçağı nümayiş etdirərək zərərçəkmiş Taleh Eyyubovu və əmisi Oruc Eyyubovu ölüm və ağır xəsarət yetirəcəyi ilə hədələyib. Bununla da Talehi 25 manat verməyə məcbur edib. Daha sonra o, digər zərərçəkmiş Orucun üzərinə gedərək pul tələb edib və onun baş nahiyəsinə yumruq və sillə zərbələri endirib.

Taleh ifadəsində bildirib ki, Nail bir müddətdir ondan həbsxanaya pul göndərmədiyi üçün izahat tələb edirmiş. Hadisə gecəsi Nail onu və əmisi Orucu kabinetdə sıxışdıraraq bıçağı masaya vurub pul istəyib. Taleh qorxu altında cibində olan 25 manatı verib. Hadisədən sonra kafedən kömək istəyib və müdir pulun bir hissəsini geri qaytartdırıb.

Zərərçəkmiş Oruc Eyyubov isə ifadəsində Nailin əlində bıçaqla otağa girib aqressiv şəkildə həm ondan, həm də Talehdən pul tələb etdiyini deyib. O, üz nahiyəsinə zərbələr aldığını, Nailin davranışlarından qorxuya düşdüyünü bildirib.

Ətraflı
Ad - 00:07
Bakı Ağır Cinayətlər Məhkəməsi Nail Əlilini Cinayət Məcəlləsinin 181.2.5-ci (silah qismində istifadə olunan predmetlə quldurluq) maddəsi ilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, 29 yaşlı Nail Əlili əvvəl də ağır cinayətlərə görə məhkum olunub. O, ilk cəzasını 17 yaşı olanda alıb. Xuliqanlıq və hədə-qorxu ilə pul tələb etmək ittihamı ilə 5 il azadlıqdan məhrum edilib.
Növbəti dəfə isə 2018-ci ildə oğurluq maddəsi ilə ittiham olunaraq 2 ildən çox müddətə həbs edilib.
Nail Əlili özünü kriminal aləmə yaxın şəxs kimi təqdim edərək cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara pul yığan adam kimi çıxış edirmiş.


SON XƏBƏRLƏR

03 Dekabr 2025