• Bakı C

    6.52 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Aeroport yolunda avtomobil texniki nasaz maşına çırpıldı - ANBAAN VİDEO

HADİSƏ

04 Dekabr 2025 | 10:52

Aeroport yolunda avtomobil texniki nasaz maşına çırpıldı - ANBAAN VİDEO

Paytaxtın Aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) görüntülər yayıb.

Hadisə zamanı hərəkətdə olan avtomobil texniki nasazlıq səbəbindən yol kənarında dayanan başqa maşına çırpılıb.

Qurum texniki nasazlıq səbəbindən yolda qalan avtomobil sahiblərinə müraciət edib.

"Texniki nasazlıq yaranarsa, təhlükəsizlik tədbirlərinə mütləq əməl edin:

- Avtomobili dərhal yolun kənarına çəkin;

- Qəza işıq siqnallarını yandırın;

- Nəqliyyat vasitəsinin arxasında azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırın".

 


SON XƏBƏRLƏR

17 Yanvar 2026