"Real Madrid"in Vinisiusu satarsa, yerinə almaq istədiyi futbolçu bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, onlar Vinisiusun Səudiyyə Ərəbistanına transfer olunması ehtimalına qarşı "Atletik"in futbolçusu Niko Villiamsı əsas hədəf kimi müəyyən edib.
Madrid klubu şərait yaranarsa, Nikonun 90 milyon avro məbləğindəki sərbəstqalmasını aktivləşdirməyə hazırdır.
Qeyd edək ki, bu mövsüm Villiams "Atletik" üçün yalnız 3 qol vurub və formunu qorumaqda çətinlik çəkir. (offsideplus)
Bakı 



